image-upload-ria_8676834-pic_32ratio_900x600-900x600-64441backend

Putin danışıqlarda çox güclü mövqedədir

ABŞ Putinin danışıqlarda çox güclü mövqedə olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı bütün sanksiyalara baxmayaraq, hələ də Ukraynada danışıqlar aparmaq üçün çox güclü mövqedədir. Onun sözlərini The Hill sitat gətirir.
O, Rusiyanın iqtisadi sanksiyalardan “əziyyət çəkməsinə” baxmayaraq, Vladimir Putinin hələ də “çox güclü siyasi mövqedə” olduğunu bildirib.
“Ancaq bu müharibə uzandıqca, məncə, onun mövqeyi həqiqətən də zəifləyir. Əsl sual, bunun ABŞ-ın səyləri və Avropanın Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq səyləri ilə baş verib-verməyəcəyidir”, – ekspert bildirib.
Boltonun sözlərinə görə, Rusiya lideri “artıq çoxlu güzəştlər alıb” və Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazini saxlamaq niyyətindədir.
Bundan əvvəl politoloq Mark Qaleotti mayın 9-da Moskvada keçirilən Qələbə Paradının xarici liderlərin dəstəyi ilə “heç bir problem olmadan keçdiyini” və Rusiya prezidenti Vladimir Putinin təntənəsi olduğunu bildirmişdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki