Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırılmasına başlayıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin bu günə olan iclasının gündəliyində deyilir.Səfirlər “Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğuna görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər”, – sənəddə yazıb.
Avropa Komissiyası 17-ci sanksiya paketini birlik ölkələrinə ötən həftə təqdim edib. Qeyd dək ki, “Bloomberg” agentliyinin daha əvvəl bildirdiyinə görə, AK 60 fiziki şəxsi və təşkilatı, Rusiya neftini daşıyan 150 tankeri qara siyahıya daxil etməyi təklif edir.
Məlumat üçün onu da bildirək ki, AK bu paketin Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək görüşündə təsdiqlənməsinə çalışır.
Xavər