Soyqırım törədən İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərin sığındığı məktəbi bombalaması nəticəsində beşi uşaq olmaqla 15 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri məcburi köçkün fələstinlilərin yerləşdiyi Cibaliyyədəki Fatma bint Əsəd məktəbinin ikinci mərtəbəsini bombalayıb.
İsrailin hücumunda 5-i uşaq olmaqla 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
İsrail ordusunun Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində Həmmad əl-Həsənət məscidi yaxınlığındakı evi hədəf alması nəticəsində ölən və yaralananlar olub.
Digər tərəfdən, İsrail ordusu Qəzza şəhərinin şimal-şərqindəki Tuffah məhəlləsində bir neçə evi bombalayıb.
Şayəstə Hüseynova