image-68203915363326820391536333174694222968203915363306820391536331backend

Çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Elchi.az – a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 37 sm, Kür-Şirvanda 34 sm, Kür-Bankədə isə 5 sm artım qeydə alınıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki