image-3d7186de-eb4d-370b-8751-409a0e9437ad_850backend

Ərdoğan və Putin arasında telefon danışığı olub

“Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqları qəbul etməyə hazırdır”.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.

“Sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqlarından ötrü lazımi şərait yaradacaq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

İki lider arasında baş tutmuş telefon danışığı barədə açıqlama verən Kreml bəyan edib ki, Ərdoğan Putinin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini alqışlayıb və rəsmi Ankaranın danışıqların təşkili və keçirilməsində bütün mümkün köməyi göstərəcəyini bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki