image-d9651a32-f618-3696-a692-b695bef3baf2_850backend

Azərbaycanın millisi Dünya Kubokunu 6 medalla başa vurub

Azərbaycanın parapauerliftinq millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunu 6 medalla başa vurub.

Elchi.az xəbər verir ki, bu barədə Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Medallardan üçünün əyarı qızıl, üçünükü isə gümüş olub.

İdmançılardan Rəsul Zəkiyev (88 kq) bütün rəqiblərini geridə qoyaraq, biri gənclər arasındakı yarışda olmaqla iki qızıl medal qazanıb. Həmçinin Pərvin Məmmədov (49 kq) da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Məmmədov gümüş medal sahibi də olub.

Digər gümüş medalları Talib Zeynalov (+107 kq) və Zəhra Dadaşova (61 kq) əldə ediblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki