İranın Fars körfəzi sahilində yerləşən Hörmüzqan vilayətində yanacaq qaçaqmalçılığında istifadə edilən 4 mindən çox yanacaq çəni ələ keçirilib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan Məhkəməsinin rəhbəri Müctəba Qəhramani məsələ ilə bağlı məlumat verib.
“Son 48 saat ərzində bölgədə (Kolahi Limanı) 21 milyon 500 min litr tutumlu 4 mindən çox yanacaq çəni aşkar edilib”, – Kahramani bildirib.
Nuranə Məmmədova