image-download-2025-05-12t173803-966backend

Almaniya Rusiyaya atəşkəsə razılaşmaq üçün 12 saatdan az vaxt verib

Almaniya hökuməti Rusiyaya atəşkəslə razılaşmaq üçün 12 saatdan az vaxt verib, razılaşmadığı təqdirdə yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin yeni nümayəndəsi Stefan Kornelius məlumat verib.
O qeyd edib ki, Berlin avropalı tərəfdaşlarla koordinasiyada hərəkət edir və Moskva hərbi əməliyyatların dayandırılması tələbinə əməl etməyəcəyi təqdirdə sərt tədbirlər görməyə hazırdır.
Bundan əvvəl Fransa, Almaniya, Böyük Britaniya və Polşa Rusiyadan Kiyevin şərtləri ilə 30 günlük atəşkəslə razılaşmağı tələb ediblər. Almaniya kansleri Fridrix Merz hətta Rusiyanı “atəşkəsdən” imtina edəcəyi təqdirdə sanksiyalarla hədələyib. O, Aİ və Böyük Britaniyanın ABŞ-la koordinasiya edəcəyini, atəşkəs əldə olunmasa, sanksiyaların sərtləşdiriləcəyini və Ukraynaya yardımın davam etdiriləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, uzunmüddətli atəşkəs nəzarəti tələb edir və Ukraynanın mövqelərinin güclənməsinə səbəb ola bilər. Lakin buna baxmayaraq, mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Kiyevə ilkin şərt olmadan mayın 15-də İstanbulda görüşməyi təklif edib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri ilə görüşə hazır olduğunu bildirərək bu təşəbbüsü dəstəkləyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki