Arktikanın iqlimi yaxın onilliklərdə dönməz şəkildə dəyişəcək. Bu, Qroningen Universiteti və Hollandiya Kral Meteorologiya İnstitutundan xəbərdarlıqdır.
Elchi.az xəbər verir ki, Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Alimlərin hesablamalarını əsas götürdükləri iqlim modellərinə görə, minilliyin ortalarına qədər Arktikada köklü temperatur dəyişiklikləri baş verəcək ki, bunu geri qaytarmaq mümkün olmayacaq. Yağıntıların və ümumi rütubətin səviyyəsi, ekspertlərin proqnozlaşdırdığı kimi, əsrin sonuna yaxın dəyişəcək. Vurğulandığı kimi, Şimal qütbündə istiləşmə sürəti planetin digər əraziləri ilə müqayisədə orta hesabla iki dəfə yüksəkdir.
Qütb bölgəsində daimi buzlaqlar sürətlə əriyir, nəqliyyat infrastrukturu və binalar üçün təhlükə yaradır. Buz üzərində hərəkət etmək çətinləşir. Şimal maralı çobanları yeni heyvan miqrasiya yollarına uyğunlaşmalıdırlar. Balıqçılar üçün də çətindir: əvvəllər buzla örtülmüş sahil xətləri fırtınalar zamanı getdikcə daha çox yuyulur. Gələcəkdə davamlı temperatur dəyişiklikləri və rütubət səviyyələrində dəyişikliklər yerli icmalarda tikinti təcrübələrinə, səhiyyəyə, yolların və uçuş-enmə zolaqlarının vəziyyətinə təsir göstərə bilər.
Bundan əvvəl tədqiqatçılar Arktikanın çirklənməsinin mənbəyini müəyyən etmişdilər . İslandiyada vulkanın püskürməsi çirkləndiricilərin transsərhəd ötürülməsinin səbəbkarı olub. Nəticədə milyonlarla ton zəhərli kükürd dioksidi “kimyəvi bomba” kimi havaya atıldı, bu da çevrildikdə turşu yağışlarına səbəb olur və qlobal istiləşməni sürətləndirir.
Nuranə Məmmədova