Türkiyənin xarici işlər naziri Hakan Fidan 12-ci qurultayında PKK-nın buraxılma qərarı ilə bağlı qiymət verib.
Elchi.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Safadi və Suriyanın xarici işlər naziri Şeybani ilə birgə mətbuat konfransı keçirib.
Fidan PKK-nın dağılma qərarı ilə bağlı bunları qeyd edib:
”PKK-nın verdiyi qərar tarixidir. İnanıram ki, bu qərar səmimi şəkildə həyata keçirilsə, gələcəyimiz üçün çox faydalı olar. Qərarı çox vacib hesab edirəm. Atılacaq əməli addımları da yaxından izləyəcəyik. Atılacaq addımlar var. Günortadan sonra kabinetimiz var. Əminəm ki, bu mövzu gündəmə gələcək. ”
Nuranə Məmmədova