ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında gözlənilən danışıqları dəyərləndirib.
Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Tramp Rusiya və Ukrayna arasında danışıqların məhsuldar ola biləcəyini deyib. O, həmçinin əlavə edib ki, bu görüş Ukrayna münaqişəsinin həllində mühüm addım olacaq və “yaxşı şeylərə gətirib çıxara bilər”.
“Rusiya və Ukrayna arasında cümə axşamı günü keçiriləcək görüş çox vacibdir. Mən onun təşkil olunmasında çox israrlı idim. “Düşünürəm ki, bu danışıqlar yaxşı şeylərə gətirib çıxara bilər”, – Tramp deyib.
Nuranə Məmmədova