image-2025-04-22t100110z_333308278_rc2ludac4o13_rtrmadp_3_usa-trump-100-days-retribution-pic_32ratio_900x600-900x600-30244backend

Tramp Aİ liderlərinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyir

Bloomberg: Tramp Aİ liderlərinin Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatını dəstəkləyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tuskun Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatını özəl olaraq dəstəkləyib. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Agentliyin mənbəsinin sözlərinə görə, Tramp Aİ liderlərinin bəyanatını bəyənib və lazım gələrsə, sanksiyalarla bağlı təzyiq məsələsində onlara dəstək verəcəyini açıqlayıb.
Aİ liderləri mayın 10-da Kiyevə gəliblər. İstəklilərin qondarma koalisiyasının iclasında onlar Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər və Moskvanı daha sərt məhdudiyyətlərlə hədələyiblər.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna nizamlanması ilə bağlı Moskvaya təzyiq etmək faydasızdır.
Kreml sözçünün sözlərinə görə, Rusiya 30 günlük atəşkəs təklifini rədd edərsə, yeni sanksiyalarla hədələyərək “köşəyə sıxışdırılmayıb”. O, prezident Vladimir Putinin Qələbənin ildönümünün qeyd olunması zamanı atəşkəs haqqında təşəbbüsünü xatırladıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki