image-maasbackend

Sahibkarlarının İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərinin sayı 15 % artıb

Bu ilin I rübündə Azərbaycan sahibkarları İqtisadiyyat Nazirliyinə 5 milyon 378,5 min dəfə müraciət edib.

Bu barədə  Elchi.az – a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Rüblük müraciətlərin 5 milyon 22 mini və yaxud 93,4 %-i elektron xidmətlərə müraciətlərin payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,1 % çoxdur.

Hazırda İqtisadiyyat Nazirliyi 260 xidmət göstərilir ki, bunun da 191-i və yaxud 73,5 %-i elektronlaşdırılıb.

Elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki