image-a-a-20250512-37924783-37924780-b-i-r-l-e-s-i-k-a-r-a-p-e-m-i-r-l-i-k-l-e-r-i-n-i-n-k-a-z-a-k-i-s-t-a-n-a-y-a-t-i-r-i-m-l-a-r-i-a-r-t-i-y-o-rbackend

BƏƏ-nin Qazaxıstana investisiyaları artır

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın Qazaxıstana səfəri zamanı 10 investisiya sazişi imzalanıb.
Elchi.az xəbər verir ki, rəsmi səfər çərçivəsində paytaxt Astanaya gələn BƏƏ Əbu-Dabi vəliəhdi Əl Nəhyan Akorda Prezident sarayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən mərasimlə qarşılanıb.
Mərasimdən sonra Tokayev və Əl Nahyan ikitərəfli görüş keçirib, daha sonra nümayəndə heyətləri bir araya gəlib.
Tokayev bildirib ki, səfər ikitərəfli münasibətlərə yeni təkan vermək baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident Tokayev Qazaxıstan və BƏƏ hökumətləri arasında 2023-cü ildə strateji layihələrin həyata keçirilməsinə dair birgə bəyannamə imzalandığını, 2024-cü ildə BƏƏ-dən Qazaxıstana birbaşa investisiyaların iki dəfə artaraq rekord səviyyəyə çatdığını bildirib. Bu səfər zamanı iki ölkə arasında ümumi dəyəri 5 milyard dollar olan 20-dən çox kommersiya sazişinin imzalandığını qeyd edən Tokayev bu sazişlərin həyata keçirilməsinin strateji əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki