“Amerika administrasiyasının xarici mallara tətbiq etdiyi tariflər ABŞ-ı yenidən zəngin edəcək”.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona qayıdarkən prezident təyyarəsində jurnalistlərlə söhbət edərkən belə əminliyini bildirib.
“Düşünürəm ki, tariflərin qoyulması bir ölkə olaraq indiyə qədər etdiyimiz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək”, – dövlət başçısı hesab edir.
ABŞ lideri “Fox News” kanalına verdiyi müsahibədə onun administrasiyasının təyin etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağını düşünüb-düşünmədiyinə cavab verməkdən imtina edib. Jurnalistlər ondan müsahibə zamanı bir az şübhəli olduğu üçün potensial tənəzzüldən narahat olub-olmadığını soruşdular.
Kim bilir resessiya olacaqmı? Mənim bildiyim tək şey odur ki, biz yüz milyardlarla dollar tariflər alacağıq və o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Sənə deyirəm, bax, işin olacaq. Burada fabriklər açılacaq. Hər şey gözəl olacaq”, – deyə dövlət başçısı yekunlaşdırıb.
Yeganə