image-ee23dc91-c5bb-343b-821e-8248f25bd5ee_850-3backend

Lerikdə zəlzələ olub

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə  Elchi.az  – a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Qeyd olunur ki, yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki