Yəməndə husilər ABŞ-ın paytaxt Səna və Səda şəhərinə təşkil etdiyi hücumlarda 6 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərdə ABŞ-ın Səna və Səda şəhərlərinə hücumlar təşkil etdiyi bildirilib.
ABŞ-ın hücumu nəticəsində 2-si qadın olmaqla 6 nəfərin həyatını itirdiyi, 32 nəfərin isə yaralandığı bildirilib.
Hücum zamanı yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilib.
Yəmənə hava zərbələri endirilib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında orduya Yəməndə husilərə qarşı “kütləvi hücum”a başlamaq göstərişi verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın maneə törədilməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Şayəstə Hüseynova