İşğalçı İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırımına məruz qalan Qəzza zolağında qida çatışmazlığından 52 uşağın həyatını itirdiyi bildirilib və qida təminatı verilmədiyi təqdirdə yeni ölüm hallarının yaşanacağı ilə bağlı xəbərdarlıq edilib.
Elchi.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirinin müavini Yusuf Əbu əl-Rişin verdiyi açıqlamada Qəzzada humanitar və sağlamlıq vəziyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Əsas dərmanların 59 faizinin, tibbi ləvazimatların isə 37 faizinin tükəndiyi, müalicə üçün Qəzzanı tərk etməli olan 13 min xəstə və yaralının sağlamlıq vəziyyətinin sərhəd qapılarının bağlanması səbəbindən pisləşdiyi bildirilib.
Bildirilib ki, qidaya çıxışın qarşısının alınması ərzaq təhlükəsizliyini təhdid edir və uşaqlarda qida çatışmazlığı və qan azlığı səbəbindən ölüm riskini artırır.
Müharibə zamanı qida çatışmazlığından 52 uşağın öldüyü və qidaya çıxış olmadığı təqdirdə yeni ölümlərin olacağı bildirildi.
Şayəstə Hüseynova