Aprelin 7-8-də Moskvada Rusiya, Çin və İran arasında Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli məsləhətləşmələr keçiriləcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai həftəlik brifinqdə qeyd edib.
“Bu gün və ya sabah Moskvada növbəti üçtərəfli görüş keçiriləcək. Görüşdə Çin, Rusiya və İran nüvə məsələləri, Birgə Hərtərəfli Fəaliyyət Planı və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı müxtəlif aspektləri müzakirə edəcəklər”, – diplomat bildirib.
Xavər