image-9354d009-0ed2-3332-ad45-0a1e603d0ac7_850backend

Azərbaycanda əhalinin sayının artımı ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir

Demoqrafiq artımla əlaqəli dövlət proqramının qəbul olunması müzakirə edilməli və bununla bağlı hökumətə təkliflər verilməlidir.

Elchi.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

O qeyd edib ki, çoxuşaqlı ailə anlayışına da baxılması vacibdir.

Komitə sədri xatırladıb ki, çoxuşaqlı ailələr haqqında məsələ həm komitədə, həm Milli Məclisdə, həm də ictimaiyyət arasında tez-tez müzakirə mövzusu olur:

“Azərbaycanda doğum və ölüm nisbəti getdikcə bir-birinə yaxınlaşır. İnsanların təbii artım tempi aşağı düşüb. 10-12 il əvvəl ölkədə ildə 150-160 min körpə doğulurdusa, indi onların sayı təxminən 100-100 min nəfərə enib. Hesab edirəm ki, bu tendensiya davam edəcək. Çoxuşaqlı ailə anlayışı üçün 5 və daha çox uşağı olan ailələrdən uşaq sayını azaltmaq olar”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki