image-2e07b22b-aec8-4f86-9ff5-89a62b02897ebackend

Bloomberg: Avropa Birliyi ABŞ-la Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə etməyib

Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi David O’Sullivan “Bloomberg”-ə müsahibəsində Amerikalılarla hələ sanksiyalar barədə danışmamışıq-deyə qeyd edib.

Elchi.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri hələ də ona sanksiyaların yumşaldılmasını müzakirə etmək təklifi ilə müraciət etməyiblər.

Sanksiyaların yumşaldılması, o cümlədən “Rosselxozbank”ın SWIFT-ə qoşulması Kremlin Ukraynada atəşkəsə nail olmaq tələblərindən biridir.

Bütün Aİ-yə üzv dövlətlər yekdilliklə sanksiyaların yumşaldılmasını və ya ləğvini dəstəkləməlidir. İndiyə qədər bir çox Avropa liderləri hələlik sanksiyaların yüngülləşdirilməsini dəstəkləmək niyyətində olmadıqlarını bildiriblər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki