image-86714e9c-63be-3360-8bff-3f2cae99c850_850backend

Peskov: Rusiya-ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil

Rusiya-ABŞ danışıqlarının davam etməsi gözlənilir, lakin tarix hələ müəyyən edilməyib.

Elchi.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar davam etməlidir, bu, ümumi anlayışdır. Hələ ki, konkret gün yoxdur, bəlli olan kimi sizi məlumatlandıracağıq”, – o deyib.

Daha əvvəl Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Rusiya və ABŞ arasında yeni təmasların gözlənildiyini qeyd edib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki