image-yoon-suk-yeol-reu-1833428_1backend

Yoonun impiçmentindən sonra Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçiriləcək

Keçmiş prezident Yoon Suk Yeolun impiçmentindən sonra Cənubi Koreyada yeni prezidentin müəyyənləşdirilməsi üçün iyunun 3-də seçkilər keçiriləcək.
Elchi.az xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, sözügedən tarixin sabah baş nazir səlahiyyətlərini icra edən Han Duk-sunun sədrliyi ilə keçiriləcək kabinet iclasında təsdiqlənməsi gözlənilir.
Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra ölkədə ən geci 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Tarix təsdiq olunarsa, seçki təqviminə əsasən, namizədlər ən geci mayın 11-dək müraciət edəcək və mayın 12-də seçki kampaniyasına başlanacaq. Yeni prezident iyunun 3-də keçiriləcək seçkilərdən sonra vəzifəsinin icrasına başlayacaq.
Yoonun hərbi vəziyyət elan etməsi və impiçment proseduru
O zamankı prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə qərarın ləğvindən sonra geri çəkilmək məcburiyyətində qalmışdı.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Məhkəmədən sonra Konstitusiya Məhkəməsi 4 aprel tarixli qərarında Milli Məclisin impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki