Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Myanma hərbi idarəsinin inzibati orqanı olan Myanma Dövlət İnzibati Şurası (SAC) mövzu ilə bağlı açıqlama verib.
Açıqlamada zəlzələlərdə həyatını itirənlərin sayının 3564-ə, yaralıların sayının isə 5012-yə yüksəldiyi bildirilib.
Axtarış-xilasetmə qrupları itkin düşmüş 200-dən çox adamı tapmaq üçün səylərini davam etdirir.
Myanma Yanğından Mühafizə İdarəsi açıqlamasında bildirib ki, axtarış-xilasetmə qrupları ölkənin ikinci böyük şəhəri Mandalayda çökmüş binanın dağıntıları altından 10 nəfərin cəsədini çıxarıb.
Nuranə Məmmədova