image-download-2025-04-07t161834-136backend

Çinin beynəlxalq ictimaiyyətə çağırışı

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian çoxtərəfliliyi qorumaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduqlarını bildirib.
Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bu gün Pekində keçirdiyi mətbuat konfransında gömrük rüsumları ilə bağlı açıqlama verib.
Sözçüsü Lin bildirib ki, ABŞ gömrük rüsumlarından sui-istifadə etməklə bütün müvafiq ölkələrin qanuni maraqlarına zərər vurub, Ümumdünya Ticarət Təşkilatının ( ÜTT ) qaydalarını pozub və çoxtərəfli ticarət mexanizmi vasitəsilə qlobal iqtisadi nizama zərər verib.
Lin ÜTT-nin əsasını təşkil etdiyi çoxtərəfli ticarət sistemi və beynəlxalq ictimaiyyətdə ədalətin qorunması üçün müvafiq tərəflərlə işləməyə davam edəcəklərini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki