Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqı (Aİ) ölkələrindən olan səfirləri İkinci Dünya Müharibəsi zamanı Bratislavanın faşizmdən azad edilməsinin 80-ci ildönümü ilə bağlı mərasimdə iştirakdan imtina etdiklərinə görə danlayıb.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.
“Aİ səfirləri bizə dedilər ki, bura gəlməyəcəklər. Səfirlərin vəzifəsi inadkar olmaq deyil, işləməkdir: “Səfirlər ünsiyyət qurmalıdırlar, danışmalıdırlar”.
Fiko izah edib ki, Aİ nümayəndələrinin tədbirdə iştirak etməməsi Rusiya və Belarus səfirlərinin iştirakı ilə bağlıdır.
Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla söhbətinə görə Slovakiyanın baş naziri Robert Fikonu axmaq adlandırıb.
Nuranə Məmmədova