image-5452707backend

Əlcəzair və İran regional hadisələri müzakirə edirlər

Əlcəzair prezidenti Əbdülməcid Tebbun İranın xarici işlər naziri Abbas İraqçi ilə ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əlcəzair prezidenti Tebbun rəsmi səfəri çərçivəsində paytaxt Əlcəzairdə olan İranın xarici işlər naziri İrakçini qəbul edib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin və ikitərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tebbun və İraqçı İsrailin Qəzza xalqına qarşı törətdiyi qətliamları pisləyib. İrakçi səhər saatlarında Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə də görüşüb, burada ikitərəfli münasibətlərdəki son inkişaflar, eləcə də müxtəlif iqtisadi, ticarət, mədəni və diplomatik sahələrdə qarşılıqlı əlaqələrin artırılması yolları müzakirə edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki