image-donald-trumpafp-2330863_1backend

Trampın tarifləri qüvvəyə minir

ABŞ prezidenti Donald Trampın onlarla ölkəyə qarşı tətbiq etdiyi “qarşılıqlı” rüsumlar, o cümlədən Çinə tətbiq edilən 104 faizlik rüsum qüvvəyə minib.
Elchi.az xəbər verir ki, Trampın 60-a yaxın ölkədən idxal etdiyi mallara tətbiq etdiyi yüksək rüsumlar qüvvəyə minib.
ABŞ-ın 1 trilyon dollarlıq ticarət kəsirini hədsiz gömrük rüsumları ilə bağlamaq istəyən Tramp Pekinin ABŞ-a eyni vergi dərəcəsi ilə cavab verəcəyini açıqlamasının ardından Çinə tətbiq edilən əlavə gömrük rüsumlarını daha da artırıb.
Buna görə Çinə cəmi 104 faiz gömrük rüsumu tətbiq edilib.
Pekin reaksiya verir
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien ABŞ-ın Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq qlobal iqtisadiyyata zərər verdiyini deyib.
Çin həmçinin Ümumdünya Ticarət Təşkilatından ABŞ-ın tarifləri ilə bağlı mübahisə ilə bağlı məsləhətləşmələr tələb edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki