image-6b1f05df-bd1c-3496-b3c5-cdb9e9e665e5_850backend

DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Elchi/az -ın məlumata görə, qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir:

– Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanmalı;

– Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməli;

– Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli;

– Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

BDYPİ bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki