image-256e1056-22f3e7ec-c8d8-4ad1-a040-e6cf00d2ebc4backend

Qəzzanın yeganə genetik laboratoriyası İsrailin zərbələri nəticəsində fəaliyyətini dayandırıb

Qəzzanın yeganə genetik laboratoriyası İsrailin zərbələri nəticəsində fəaliyyətini dayandırıb
Elchi.az xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərindəki Əl-Əhli Baptist Xəstəxanasına hücumunda Qəzza zolağında xəstəxana daxilində yerləşən yeganə genetik laboratoriyaya ciddi ziyan dəyib.
İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi “sağlamlıq soyqırımı”nın ən son nümunəsi şimalda tam həcmdə xidmət göstərən yeganə xəstəxana olan Əl-Əhli Baptist Xəstəxanasına hücum olub.
Bu hücumda İsrail fələstinlilərin səhiyyə xidmətlərinə çıxışının qarşısını almaq üçün xüsusi olaraq xəstəxananın təcili yardım otağına, poliklinikalara, aptekə və genetik laboratoriyasına zərbələr endirib.
Genetik və irsi xəstəliklərin diaqnostikasında mühüm rol oynayan laboratoriya da bu hücumlarda yararsız hala düşüb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki