Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlar üzrə danışıqlar müsbət istiqamətdə irəliləyib.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, müxtəlif formatlarda aparılan danışıqlar bu həftənin sonuna qədər davam edəcək. Onun sözlərinə görə, belə məsləhətləşmələrdən sonra tərəflər müzakirələrin nəticələrini təqdim edəcəklər.
“The New York Times” yazır ki, ABŞ Ukrayna üçün daha sərt şərtlərlə saziş layihəsi hazırlayıb. “Reuters” Ukrayna və ABŞ rəsmiləri arasında cümə günü, aprelin 11-də baş tutan görüşdən sonra yazıb ki, sazişin imzalanması şansı azdır.
Məlumat üçün bildirək ki, ötən həftə Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə texniki danışıqlar aparmaq üçün Vaşinqtona getmişdi.
Xavər