image-9c3edca5-f3d7-3fea-8756-a0c8b0804e73_850backend

ING Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi prosesinin sürətlənəcəyini proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin aprelin 23-də keçirilməsi planlaşdırılan növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5 %-ə çatdıracaq.

Elchi.az xəbər verir ki, bu barədə Niderlandın aparıcı maliyyə qurumlarından biri olan “ING Group”un proqnozunda deyilir.

Qrupun proqnozlarına əsasən, AMB uçot dərəcəsini 2026-cı ilin üçüncü rübünə qədər 7,5 % səviyyəsində saxlayacaq. ING-nin ekspertlərinin fikrincə, 2026-cı ilin üçüncü rübündə faiz dərəcəsi 7,75 %-ə, dördüncü rübdə isə 8 %-ə yüksələcək.

Qeyd edək ki, daha əvvəl qrup Azərbaycanda pul-kredit siyasətinin gələn ilin üçüncü rübündən başlayaraq 7,5 %-ə, dördüncü rübdə isə 7,75 %-ə qədər sərtləşdiriləcəyini proqnozlaşdırırdı.

Xatırladaq ki, 2025-ci il martın 12-də AMB uçot dərəcəsini dəyişdirmədən 7,25 % səviyyəsində saxlayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki