“Biz Rusiyanın işğal etdiyi torpaqları tanımırıq, geri qaytaracağıq. Nə vaxt və necə-deyə bilmərəm”.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində deyib.
O, qeyd edib ki, torpaqların qaytarılması böyük tarixi çətinlik və tarixi çağırışdır.
Zelenski müharibənin bitəcəyinə əmin olduğunu bildirib.
“Ancaq bunun ədalətli sülhlə bitməsi bizim üçün vacibdir. Dünyanın ədalətli olması üçün bizə Amerikanın dəstəyinə, digər tərəfdaşların dəstəyinə ehtiyacımız var ki, onlar qeyri-müəyyənlik yaşamasınlar və Putini bağışlamasınlar”, – deyə Zelenski bildirib.
Yeganə