Türkiyə Suriyada hərbi bazalar qurmağa çalışır.
Elchi.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu, İsrail üçün təhlükə yaradır.
“Biz buna qarşıyıq və buna qarşı fəal işləyirik. Mən həm mənim dostum, həm də Ərdoğanın dostu olan Amerika prezidenti Trampa bu barədə dedim”, – o, əlavə edib.
Bundan əvvəl Tramp Türkiyə ilə İsrail arasındakı fikir ayrılıqlarını həll etməyə hazır olduğunu bildirmişdi.
Yeganə