image-cinde-huzurevinde-cikan-yanginda-20-kisi-hayatini-kaybetti-k7vobackend

Çində qocalar evində baş verən yanğında 20 nəfər ölüb

Çinin şimalındakı Xibey əyalətində qocalar evində yanğın baş verib, 20 nəfər ölüb.
Elchi.az Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, dünən səhər saatlarında Çenqdi əyalətinin Lonxua qraflığında qocalar evində yanğın baş verib.
Yanğın zamanı 20 nəfərin həyatını itirdiyi, qalan qocalar evinin sakinlərinin isə yaxınlıqdakı xəstəxanalarda müşahidə altına alındığı bildirilib. Nə qədər insanın xəsarət aldığı və müalicə aldığı barədə məlumat verilməyib.
Yanğının səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki