image-kuzey-kore-nukleer-afp-1907978_1backend

Şimali Koreya “nüvə silahı dövləti” statusunu müdafiə edir

Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirlərinin bəyanatlarına reaksiya verərək, onun “nüvə silahı dövləti” statusunun geri qaytarıla bilməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen “ölkəsinin nüvəsizləşdirilməsi” ilə bağlı bəyanatları pisləyib.
Kim ölkəsinin nüvəsizləşdirilməsinin “heç vaxt gerçəkləşə bilməyəcək bir xəyaldan başqa bir şey olmadığını” və “nüvə dövləti” variantından əl çəkməyəcəklərini söylədi.
ABŞ, Yaponiya və Cənubi Koreyanın “Şimali Koreyanın nüvəsizləşdirilməsi” ilə bağlı bəyanatlarını qınadıqlarını qeyd edən Kim, bunları “Şimali Koreyanın suverenliyini inkar edən ən düşməncəsinə hərəkət” kimi qiymətləndirib.
“Biz heç kimin inkarı və ya tanınması ilə maraqlanmırıq və biz heç vaxt seçimimizi dəyişmirik. Bu, bizim qəti seçimimizdir və heç bir fiziki güc və ya hiyləgərliklə geri qaytarıla bilməz”, – Kim deyib.
Kim ölkəsinin nüvə imkanlarının xaricdən gələn “hücumların və təhdidlərin qarşısını almaqda” və dövlətin suverenliyini və təhlükəsizliyini qorumaqda mühüm rol oynadığını iddia edib.
Maraqlıdır ki, sözügedən reaksiya ABŞ dövlət katibi Marko Rubio, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yulun ötən həftə Brüsseldə keçirilən görüşündən sonra gəlib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki