İsrailin keçmiş baş naziri Ehut Olmert baş nazir Benyamin Netanyahunu israillilərin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinli yaşayış məntəqələrinə tez-tez hücumlarını “dəstəkləməkdə” günahlandırıb.
Elchi.az xəbər verir ki, İsrail ordusu radiosuna danışan Olmert bildirib ki, Netanyahunun Qərb Sahilində yəhudi üstünlüyünü müdafiə edən terror hücumları ilə tanınan “Hill Youth” qruplaşmasının qarşısını almaqdansa, onlara “yardım edir”.
2002-2009-cu illərdə baş nazir vəzifəsini icra edən Olmert, “Baş nazir Netanyahu İordan çayının qərb sahilində Hilltop Gənclərinin törətdiyi vəhşiliklərə şərait yaradır və hökumət buna göz yumur” ifadəsini işlədib.
Hilltop Gənclər təşkilatı fələstinlilərə qarşı şiddətli hücumlar və Fələstin yaşayış məntəqələrində evlərə və mülklərə yanğın törədir.
Baş nazir Netanyahunun işdən çıxarmaq qərarına gəldiyi İsrailin daxili kəşfiyyat agentliyi Şin-Betin (Şabak) direktoru Ronen Bar keçən ilin aprelində hökuməti və Netanyahunu bu qruplara qarşı “yumşaq” olmaqda ittiham edib.