image-abd-israil-afp-2275329_1backend

ABŞ konqresmeni Tramp administrasiyasını İsrailə silah embarqosu qoymağa çağırıb

ABŞ Konqresinin demokrat üzvü Raşidə Tlaib prezident Donald Tramp administrasiyasını ABŞ vətəndaşlarını qorumağa və İsrailə silah göndərməməyə çağırıb.
Elchi.az xəbər verir ki, Tlaib X hesabında yazdığı yazıda İsrail ordusunun ABŞ vətəndaşı olan üç uşağa atəş açması və 14 yaşlı Ömər Məhəmməd Saade Rabini öldürməsi hadisəsini xatırladıb.
Tramp administrasiyasının əsas məsuliyyətinin vətəndaşlarını qorumaq olduğunu vurğulayan Tlaib, “Əksinə, biz onların qatillərini silahlandırırıq. Hazırda silah embarqosu” deyib.
Fələstin Səhiyyə Nazirliyindən aprelin 6-da verilən yazılı açıqlamada, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Turmusayya qəsəbəsində atəş açması nəticəsində Rabinin həyatını itirdiyi bildirilib.
Nazirlikdən verilən digər açıqlamada isə eyni qəsəbədə Fələstin torpaqlarını qəsb edən israillilərin açdığı atəş nəticəsində biri ağır iki nəfərin yaralandığı bildirilib. Yaralıların Ramallahdakı İstişari xəstəxanasına aparıldığı bildirilir.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki