image-xachmaz-quba-sel-yolbackend

Bakı-Quba yolunun bir hissəsi bağlandı

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki