Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında danışıqlar cümə axşamı, aprelin 17-də Rusiyanın paytaxtında baş tutacaq.
Elchi.az xəbər verir ki, Qətər əmiri Moskvaya rəsmi səfər edəcək.
“Müxtəlif sahələrdə Rusiya-Qətər əməkdaşlığının cari məsələlərinin müzakirəsi planlaşdırılır”, – məlumatda deyilir.
Kreml vurğuladı ki, humanitar, ticarət və iqtisadi sahələrə və beynəlxalq gündəmin əsas mövzularına diqqət yetiriləcək.
Çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Putin və Qətər əmiri Ukrayna işləri, eləcə də digər regional məsələlər haqqında fikir mübadiləsi aparacaqlar. Peskovun sözlərinə görə, Moskva və Doha ən həssas mövzular üzrə məxfi dialoq aparır.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari çərşənbə axşamı RT telekanalına müsahibəsində qeyd edib ki, Doha ardıcıl olaraq Ukraynadakı münaqişənin həllində konstruktiv rol oynamağa çalışır.
Martın 21-də Rusiya prezidenti ilə Qətər əmiri arasında telefon danışığı olub, xüsusilə Suriya və Fələstindəki vəziyyət, sənaye, enerji, nəqliyyat, logistika, mədəniyyət və idman sahələrində əməkdaşlıq, habelə investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Yeganə