Yeni müşahidələr müəyyən edib ki, Uranda bir gün əvvəllər hesablanmışdan 28 saniyə uzundur.
Elchi.az xəbər verir ki, alimlərin fikrincə, Hubble Kosmik Teleskopu tərəfindən toplanan məlumatlar Uranın öz oxu ətrafında tam fırlanmasını 17 saat 14 dəqiqə 52 saniyəyə tamamladığını göstərir.
Bu, NASA-nın Voyager 2 kosmik gəmisinin 1980-ci illərdə proqnozlaşdırdığı vaxtdan 28 saniyə uzundur.
Fransız alimlərinin rəhbərlik etdiyi qrup, Uranın fırlanma dövrünün daha dəqiq hesablanmasını təmin etmək üçün buz nəhənginin maqnit qütblərini izləyən auroranın (auroral işıqlar) onillik müşahidələrini təhlil edib.
Günəşdən yeddinci planet olan Uran Günəş ətrafında bir dövrəni tamamlamaq üçün təxminən 84 Yer ili çəkir.
Paris Rəsədxanasından Laurent Lamy, araşdırmanın aparıcı müəllifi, “Hubble-dan davamlı müşahidələr bu tapıntıları əldə etmək üçün çox vacib idi” deyib.
Lami və komandası təklif edir ki, bu üsul aurora və maqnitosferə malik istənilən göy cisminin fırlanmasını təyin etmək üçün tətbiq oluna bilər.
Nature Astronomy jurnalında dərc edilən tapıntılar Hubble-ın buraxılmasının qarşıdan gələn 35-ci ildönümü ilə üst-üstə düşür.
Kosmik teleskopu NASA-nın Discovery kosmik gəmisi 24 aprel 1990-cı ildə orbitə çıxarıb.
Şayəstə Hüseynova