Çin ABŞ prezidenti Donald Trampın məhsullarına 50% əlavə gömrük rüsumları tətbiq etmək hədəsinə cavab olaraq “qətiyyətli əks tədbirlər” görəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Çinin Ticarət Nazirliyinin bəyanatında deyilir ki, Çin ABŞ-ın tarif artımlarına qarşıdır və hər hansı əlavə tarif artımlarına müqavimət göstərəcək.
ABŞ-ın tarif təhdidi ilə səhvində israr etdiyi və məcburedici mahiyyətini bir daha ortaya qoyduğu qeyd edilən açıqlamada, “ABŞ bu yola davam edərsə, Çin sona qədər qətiyyətli əks tədbirlərlə cavab verəcək” dedi.
Çin Xalq Bankından verilən açıqlamada zərurət yaranarsa yeni borclanma dəstəyi verilməklə kapital bazarının sabitliyinin təmin ediləcəyi vurğulanıb.
Çinin sərvət fondu olan Çin İnvestisiya Korporasiyasına bağlı bir fond şirkəti Central Huijin, dünən olduğu kimi Çin birjalarından səhmlər alaraq qiymət sabitliyinə töhfə verəcəyini açıqladı.
Trampın ikitərəfli tarifləri açıqlamasından sonra Asiya birjalarındakı enişlə paralel olaraq Çində birjalar da ucuzlaşıb.
Trampın “qarşılıqlı tarif” artımı və Çinin cavabı
Çinin bu addımı ABŞ prezidenti Donald Trampın “qarşılıqlı tariflər” çərçivəsində Çinə 34 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlamasından sonra atılıb.
Vaşinqton administrasiyası 10 faizlik baza tarifinə əlavə olaraq Çinə qarşı 24 faizlik “qarşılıqlı tarif”, ümumilikdə 34 faiz əlavə gömrük tarifi tətbiq ediləcəyini açıqlamışdı.
Yeni tarif artımları ilə ABŞ-ın Çindən idxal etdiyi məhsullara tətbiq etdiyi minimum tarif 54 faizə yüksəldi.
Çin ABŞ-ın tarif artımına reaksiya verən ilk ölkə olub və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.
Pekin administrasiyası da Ümumdünya Ticarət Təşkilatında ABŞ-a qarşı iddia qaldırıb, bəzi nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb və ABŞ şirkətlərinə qarşı sanksiyalar elan edib.
ABŞ prezidenti Tramp buna cavab olaraq Çinin qarşılıqlı tariflərə cavab olaraq tətbiq etdiyi 34 faizlik əlavə tarif artımını aprelin 8-nə qədər geri götürməsə, daha 50 faiz əlavə rüsum tətbiq edəcəyini və Çinlə planlaşdırılan danışıqları ləğv edəcəyini açıqlayıb.
Şayəstə Hüseynova