image-lee-jae-myung-reu-2349501_1backend

Cənubi Koreyanın əsas müxalifət lideri Li seçkilər öncəsi partiya lideri vəzifəsindən istefa verib

Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının (DP) lideri Li Jae-myung prezident seçkiləri ərəfəsində partiya lideri vəzifəsindən istefa verib.
Elchi.az xəbər verir ki, Seulda yerləşən Yonhap xəbər agentliyinin məlumatına görə, iyunun 3-də keçiriləcək prezident seçkilərində favorit kimi göstərilən Li partiya lideri vəzifəsindən rəsmən istefa verib.
Li, verdiyi açıqlamada, partiya lideri olaraq təxminən üç illik fəaliyyəti dövründə “bəzi mənalı nəticələr” əldə etdiyinə inandığını söylədi və əlavə etdi: “Mən xüsusi bir təəssüf və ya narahatlıq hiss etmirəm və tezliklə yeni bir səhifə açacağıma inanıram”. dedi.
Demokrat Partiyasının həftə ərzində Lini prezident seçkilərində namizəd kimi elan edəcəyi gözlənilir.
Baş nazir vəzifəsini icra edən Han Duk-sunun sədrliyi ilə keçirilən kabinet iclasında seçkilərin tarixi iyunun 3-ə təyin edilib.
Seçki təqviminə əsasən, namizədlər ərizələrini mayın 11-dək təqdim edəcəklər və mayın 12-dən seçki kampaniyasına başlanılacaq.
Yeni prezident iyunun 3-də keçiriləcək prezident seçkilərindən sonra vəzifəsinin icrasına başlayacaq.
Linin siyasi keçmişi
2022-ci il prezident seçkilərində o zaman Xalq Gücü Partiyasının namizədi Yoon Suk-yeol 48,5 faiz, Li isə 47,8 faiz səs toplayıb.
Linin partiya lideri olaraq daxil olduğu 2024-cü ilin aprelində keçirilən parlament seçkilərində Demokratik Partiya 51,5 faiz səslə birinci olub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki