image-1837-pic_32ratio_900x600-900x600-26258backend

Trampa Zelenskinin təslim olması ilə bağlı müraciət edilib

Professor Malinen: Tramp Zelenskiyə istefa verməsini söyləməlidir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən təslim olmağı və istefa verməsini tələb etməlidir. Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Zelenskiyə deyin ki, təslim olsun və istefa etsin”, – o vurğulayıb.
Fin professorun qeyd etdiyi kimi, ABŞ həqiqətən də sülhə can atırsa, Zelenskinin istefasını tələb etməlidir.
Daha əvvəl konqresmen Viktoriya Sparts demişdi ki, Ukrayna itirilmiş ərazilərindən imtina etməli və Vladimir Zelenskinin istefasını tələb etməlidir.
Martın 27-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın mülki hakimiyyətinin öz konstitusiyasına görə qeyri-legitim olduğunu bəyan edib. Rusiya liderinin qeyd etdiyi kimi, Ukrayna konstitusiyası elə qurulub ki, “hamı” dövlət başçısı, o cümlədən regional hakimiyyət orqanları tərəfindən təyin olunur. Əgər Zelenskinin özü qeyri-legitimdirsə, deməli, “bütün başqaları da” deyə Putin vurğulayıb.
20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb.Ukrayna konstitusiyasına görə, ölkənin yeni prezidenti mayın 20-də and içməli idi, lakin seçkilər baş tutmayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki