Qəzzada gərginlik yenidən artarkən HƏMAS-dan diqqətçəkən açıqlama gəlib. Həmas rəsmisi Taher əl-Nunu bildirib ki, İsrailin Qəzzaya hücumlarını tamamilə dayandırması, bölgədən çəkilməsi və humanitar yardımların daxil olmasına icazə vermək şərti ilə bütün girovları azad etməyə hazırdırlar.
Elchi.az xəbər verir ki, HƏMAS rəsmisi Taher əl-Nunu bildirib ki, İsraillə imzalanmış hərtərəfli razılaşma çərçivəsində bütün məhbusları azad etməyə hazırdırlar.
“Biz ciddi məhbus mübadiləsi, müharibənin dayandırılması, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması və humanitar yardımın daxil olması müqabilində bütün məhbusları azad etməyə hazırıq”, – Əl-Nunu Qəzzada jurnalistlərə deyib .
Əl-Nunu bölgədə daimi atəşkəsə nail olmaq üçün ən böyük maneənin İsrailin mövqeyi olduğunu müdafiə etdi. “Bu məsələ məhbusların sayında deyil. Məsələ ondadır ki, işğalçı qüvvələr üzərinə düşən vəzifələri yerinə yetirmir, atəşkəs sazişinin icrasına mane olur və müharibəni davam etdirir”.
HƏMAS-ın açıqlamalarından sonra İsrail mətbuatına açıqlama verən İDF-nin keçmiş Baş Qərargah rəisi Dan Halutz Netanyahunu ölkənin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
“Netanyahu İsrailin təhlükəsizliyi üçün birbaşa təhdid halına gəldi. İndi o, düşməndir; ya zərərsizləşdirilməli, ya da əsir götürülməlidir” deyən Halutzun açıqlamaları ölkə siyasətinə böyük təsir etdi.
Nuranə Məmmədova