ABŞ prezidenti Donald Tramp Çinlə əlavə rüsumlarla bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabından verdiyi açıqlamalarda Çinlə ticarət danışıqları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Tramp bildirib ki, Çin ABŞ-la böyük sövdələşmə etmək istəyir, lakin onlar bu prosesə necə başlayacaqlarını bilmirlər. O, Pekinin bu məsələdə addım atmaq üçün düzgün strategiya tapa bilmədiyini vurğulayıb.
Tramp Çinin ABŞ ilə əməkdaşlığa hazır olduğunu, lakin bu istəyin həyata keçməməsinin səbəbinin Pekin hökumətinin hansı addımları atacağına qərar verməməsi olduğunu bildirib. Prezident bildirib ki, Çin bu məsələdə hansı yolu tutacağını müəyyən etməkdə çətinlik çəkir.
ABŞ-ın Çinlə hər sahədə rəqabətdə olduğunu da bildirən Tramp, Çinin Amerikanın gücünü qiymətləndirməməsi lazım olduğunu və bir ölkə olaraq güclü mövqelərindən istifadə edərək daha yaxşı anlaşmalar edə biləcəklərini söylədi.
“Çinin razılaşma prosesi ilə bağlı Tramp Pekin rəhbərliyinin hələ də ABŞ-a zəng edə bilmədiyini və bu səbəbdən danışıqların başlamadığını bildirib. Lakin Trampın fikrincə, bu, yalnız zaman məsələsidir; “Çağırışlarını gözləyirik, olacaq!” O, verdiyi açıqlamalarla danışıqların nə vaxtsa başlayacağına inandığını vurğulayıb.
Prezident Çinlə bağlanacaq razılaşmaların ABŞ üçün böyük fürsət olacağını və bu prosesin sonunda Amerikanın güclü mövqe qazanacağını bəyan edib.
Trampın bu açıqlamaları, xüsusilə Çinlə ticarət və iqtisadiyyatla bağlı yenidən strateji manevr məkanı yaratmağı hədəfləyən bir yanaşmadan xəbər verir.
Tramp bəyan edib ki, təkcə Çin deyil, dünyanın bir çox ölkəsi də ABŞ-la sövdələşməyə hazırlaşır. O, Cənubi Koreya ilə ediləcək ticarət və hərbi razılaşmalarla yanaşı, digər ölkələrlə də ticarətin artacağına diqqət çəkib. “Bir çox ölkələr ABŞ-la sövdələşmələr etmək istəyir və biz bu imkanları dəyərləndiririk”.
Nuranə Məmmədova