image-rusya-ile-ukrayna-arasind-640_2-41backend

Rusiya və Ukrayna arasında əsir mübadiləsi

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə 175 hərbi əsir dəyişdirildiyini və 22 ağır yaralı ukraynalı əsgərin xoşməramlılıq əlaməti olaraq Kiyevə təhvil verildiyini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, danışıqlar nəticəsində Ukraynanın nəzarətində olan 175 rus əsgəri və Rusiyanın əlində olan 175 Ukrayna əsgəri dəyişdirilib.
“Bundan əlavə, xoşməramlılıq əlaməti olaraq, təcili tibbi yardıma ehtiyacı olan, ağır yaralanmış 22 ukraynalı hərbi əsir verilib”, – deyə məlumatda bildirilir. ifadələrdən istifadə edilmişdir.
Bəyanatda bildirilib ki, bütün rus əsgərləri Belarusdadır, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə ünsiyyət qurmaq imkanı verilir.
Bəyanatda azad edilən bütün əsgərlərin Rusiya Müdafiə Nazirliyinə bağlı səhiyyə müəssisələrində müalicə və reabilitasiya almaq üçün Rusiya ərazisinə gətiriləcəyi, mübadilənin həyata keçirilməsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçi olduğu bildirilib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında dünənki telefon danışığında Rusiya və Ukraynanın hər biri 175 əsir dəyişdiriləcəyi, 23 ağır yaralı ukraynalı əsgərin isə xoş niyyət əlaməti olaraq Moskva tərəfindən Kiyevə təhvil veriləcəyi bildirilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki