Rusiya Donetsk və Zaporojya bölgələrində iki yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.
Açıqlamada son 24 saat ərzində 148 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatının (PUA) idarəetmə mərkəzlərinə, sursat anbarlarına və hərbi texnika təmir bazalarına hücumların təşkil edildiyi, 98 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.
Açıqlamada qeyd olunub ki, müharibə başlayandan indiyədək 659 təyyarə, 283 helikopter, 48 404 İHA, 601 hava hücumundan müdafiə raket sistemi, 22 490 tank və zirehli texnika, 1 531 reaktiv yaylım atəşi sistemi, 22 961 haubitsa və minaatan, 33 silahlı qüvvəyə məxsus xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.
Nuranə Məmmədova