image-eaab2ee5-6fc3-3f5e-b3a9-1cefad79d20c_850backend

Burkina-Fasoda terrorçuların meşədə saxladığı 300-dən çox insan azad edilib

Burkina-Fasonun şimal-qərbindəki Bukl-dyu-Muhun bölgəsində terrorçular tərəfindən meşədə saxlanılan 300-dən çox insan hərbçilər tərəfindən azad edilib.

Elchi.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Burkina hökumətinin mətbuat katibi Jilber Udraoqo ölkənin milli yayımçısı RTB-yə bildirib.

“Bu məcburi köçkünlər son dərəcə ağır vəziyyətdə aşkar edilib. Onlar qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 305 nəfərdir. Bu insanlar terrorçuların canlı qalxan kimi istifadə etdikləri qurbanlardır”, – o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, xilas edilənlərə artıq lazımi yardım göstərilir.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki