Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-18:00 arasında gözlənilir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edir ki, iki ölkə liderləri həm Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Xavər